İranda Parlamentar sistemin məsələləri (2)*

Januar 12, 2013 11:18 am

 

İranda Parlamentar sistemin məsələləri (2)*
1905-1909-cu illərdə Məşrutiyyət inqilabı
İran xalqlarının mütləq padşahçılığa qarşı təzyiqi nəticəsində, Muzəffəriddin şah 5 Avqust 1906-ci ildə məşrutiyyət padşahçılıq haqqında qanun imzalamağa məcbur oldu. Bununla belə, Iran tarixində ilk dəfə olaraq, nəinki təkcə şahın şəxsində müəyyən dəyişikçilik oldu, bəlkə, təkbaşına hökmdarlıq etmək iddiası aradan qaldırıldı. Məşrutiyyət inqilabi öz xarakterinə görə, şahın və onun hükumətinin səhvlərinə qarşı manifesta deyildi. Əksinə, parlamentin yaradılması və şah hakimiyyətinə qarşı siyasi qüvvə kimi əsas qanunun qəbul edilməsi tələb olurdu.
Məşrutiyyət inqilabının səbəbləri
19-cu əsrdə iran ictimai strukturasını təhlil edərkən, qeyd edildi ki, təqribən 19-cu əsrin ortalarından başlayaraq, ingilistan və rusiyanın təsiri altında, iranın ictimai-iqtisadi quruluşunda dəyişiklər baş verdi. Bununla bağlı muxtəlif təbəqələrdə ictimai quruluş təsəvvürünün dəyişməsi prosesi başlayıb və məşrutiyyət sisteminin yaranmasında həlledici faktor oldu.
Ictimai-iqtisadi quruluşun dəyişilməsi, iri tacirlər təbəqəsi kimi yeni təbəqələrin yaranmasına səbəb oldu. Iri tacirlər təbəqəsi, özlərinin artan iqtisadi gücü nəticəsində, qəddar rejimi öz maraqlarını daha yaxşı təmsil edən yeni bir siyasi sistemlə əvəz etmək istəyirdilər.
Yeni təbəqələrin yaranması ilə yanaşı, ənənəvi təbəqələrin, misal üçün sanatkarlar təbəqəsinin vücudu, xarici malların rəqabəti nəticəsində nəzərə çarpaq dərəcədə təhlükə altında idi. Buna görə bu təbəqələrdə, bir siyasi sistem tələb edirdilər ki, o, əcnəbi dövlətlərin hədsiz nüfuzunu məhdudlaşdıra bilsin və onların movcudluğunun əsaslarına qəti təminat versin.
Məşrutə hərəkatında iştirak edən müxtəlif təbəqələrin, hər birinin öz, bəzən hətta bir-birinə zidd olan məqsədləri var idi. Bütün bu qrupaları vahid bir cibhədə yerləşdirən ümumi məqsəd bu idi ki, onlar şahın mütləq hakimiyyətini aradan qaldırmaq istəyirdilər. Çünkü, hakimiyyət təxminən bütün təbəqələrin ziyanına olaraq, daxildə güc və istismar həyata keçirirdi və xariclə münasibətdə isə, ölkəni Avropa dövlətlərinə, hər şeydən əvvəl ingilistan və rusiyaya imtiyazlar formasında satırdı.
Məşrutə inqilabının rəhbərliyi, əsasən iri tacirlərin, yüksəkrütbəli din xadimlərin (Ayətullahların) və bəzi ziyalıların əlində idi. İnqilab şəhərlərdə məhdudlaşırdı və kəndlilər isə şəhərlərdəki hadisələrdən təcrid edilmişdir. Müxtəlif təbəqələrin məşrutiyyət hərəkatında iştirak etmə səbəblərinə gəldikdə, qeyd olduğu kimi, iri tacirlər, öz iqtisadi fealiyyətlərinin azad inkişaf etmək münasibətləri istəyirdilər. Onlar lap əvvəldən ingilistan, rusiya və həmdə saray ilə kompromisə hazıridilər. Əcnəbi dövlətlərlə güzəştə razılıq, ondan irəli gəlirdi ki, onlar məhz ingilistan və rusiyanın nüfuzu nəticəsində meydana gəlmişidilər. Bu təbəqə xariclə ticarət etməklə, yəni Avropa məhsullarının idxalı və öz tarlalarında becərilən kənd təsərryfatı məhsullarının ixraci yolu ilə, yüksək gəlir əldə edirdilər. Daxildə isə, feodal sisteminin tamamilə aradan qaldırmasını istemirdilər. Çünkü özləridə mülkədaridilər. Ancaq buna baxmayaraq bəzən iri tacirlər ingilistan və rusiya ilə və daxildə sarayla ziddiyyətdə olurdular. Misal üçün : 22 – mart 1891-ci ildə (28 Rəcəb 1307) tütün imtiyazı bir ingilisli şirkətə veriləndə, bu imtiyazı xaricə verən şahla ciddi ziddiyyətdə olurdular. (bu müqavilədə əsasən ingilistan 50 – il müddətinə iranda tütün becərilməsi, satılması və ixraci üzərində yeganə nəzarətə malik idi).
“iri tacirlərin karvanları yolkəsənlər tərəfindən talan ediləndə, zaxud valilər onlardan özbaşına yüksək vergi və digər pullar tələb edəndə, onlar özlərinin müdafiəsi üçün qanun tələb edirdilər. Əgər əcnəbi şirkətlər onların ticarət sahələrinə həddən artıq nüfuz etməseydilər və feodal sistemi daxilində misal üçün ticarə yollarının təhlükəsizliyinə təminat verən bir usul-idarə olsaydı, yəqin ki tacirlər hökm sürən münasibətlərlə razılaşardılar. əks təqdirdə onlar özlərinin iri tacirlər kimi mövcud olmalarına təminat verəbiləcək bir milli-azadlıq inqilabı tələb edirdilər”. (22)
Yekun vuraraq demək olar ki, iri tacirlər xarici ölkələrlə əlaqə sahəsində xaricin irana həddindən artıq güclü nüfuzunun məhdudlaşdırılmasını və daxildə isə belə bir idarə üsulu tələb edirdilər ki, ticarət yollarının təhlükəsizliyini, əyalətlərdə valilərin əksər hallarda soyğunçuluq tədbirlərinin aradan qaldırılmasını və yaxud iri tacirlərin iqtisadi inkişafına təminat verən ədalətli vergi sisteminin yaradılmasına imkan versin. Bundan əlavə onlar özlərinin mülklərinə saray hücumlarından təminat verilməsini və hətta bəzi yerlərdə yüngül sənaye sahəsinin yaradilmasına icazə verilməsini də tələb edirdilər.
Məşrutə inqilabına münasibətdə tutduğu mövqelərə görə din xadimlərini iki qrupa bölmək olar:
1- yüksək təbəqəyə mənsub olan varlı din xadimləri (Ayatollahlar)
2- kasıb və aşağı təbəqəyə mənsub olan ruhanilər
Yüksək din xadimlərilə müqayisədə, kasıb ruhanilər əhalının ən aşağı təbəqələrinin tərəfində dururdu. Onlar əxlaqı səbəblərdən əhalının böyük əksəriyyəti və özləri üçün yoxsulluğun aradan qaldırılmasını tələb edirdilər.
Yüksək din xadimləri isə, hakim yuxarı təbəqəyə mənsub idilər və əksər hallarda böyük gəlir aldıqları torpaqları idarə edənlər və yaxud xüsüsü mülkiyyət sahibi idilər. Onlardan bəziləri hətta şah ilə qohum və yaxud sarayın ən sıx müttəfiqləri idilər. Yüksək din xadimlərinin müəyyən bir qismi şahla münaqişədə idilər. Çünkü onların qudrətləri, mülklərinin çoxluğuyla və digər torpaq sahələrindən aldıqları gəlirlərlə durmadan artırdı. Onların var-dövləti artdiıqca, özlərinin artan hakim mövqeyini şah və saraydan mühafizə etməyə məcbur olurdular (Qacarların bir neçə şahı dəfələrlə yüksək din xadimlərinin torpaqlarının bir hissəsini müsadirə edib və dövlət torpaqlarına çevirməyə çalışmışdılar).
Məşrutiyyət inqilabında iştirak etməklə yüksək din xadimləri ilk növbədə çalışırdılar ki, təkcə şah tərəfindən deyil, həmdə xarici dövlətlərin irana nüfuzu nəticəsində təhlükəyə məruz qala biləcək hakim mövqelərini qoruyub saxlasınlar. Beləliklə onlar 1891-ci ildə tütün imtiyazının ingilistana verilməsinin qəti əleyhinə olmuşdular. Çünkü onların öz torpaq sahələrindədə tütün tütün becərilirdi. Həmdə qorxurdular ki, avropanın mədəniyyətinin irana idxali nəticəsində, islam dini əhalı aasında öz təsirini itirə bilsin. Bu o deməkdir ki “özünü tamamilə hakim təbəqə kimi hiss edən yüksək din xadimləri özlərinin təmsil etdikləri dinə hər hansı bir itaətkarsızlıqda öz mövqelərinə qarşı təhlükə görürdülər”. (23)
19-cu əsrin ortalarında yaranmış qeyr-dini aydınlar da məşrutə inqilabında mühüm rol oynamışlar. Bu ziyalıların bir hissəsi iflaslanma təhlükəsindən çıxış yolunu, öz uşaqlarının təhsil almasında görən xırda və orta feodalların oğlanları idi. Bunlar avropaya göndərilirdi və avropada onlar təhsil alırdılar ki, irana qayıdandan sonra yüksək vəzifə tuta bilsinlər. Ancaq iflasa çəkilmə təhlükəsi altında olan xırda və orta feodalların ümüdü puça çıxdı. Çünkü hər hansı bir vəzifəni əldə etmək üçün korrupçiya və rüşvət vermə birinci dərəcəli əhəmiyyət kəsb edirdi. Bu səbəbdən də belə ziyalılar lazım reformlar tələb edirdilər.
Ancaq avropada təhsil almış aydınların elə hissələri də var idi ki, onları yüksək vəzifə tutmalarının təmin edilməsi deyil, əksinə öz ideallarının həyata keçirilməsi daha çox maraqlandırırdı. Bu aydınlar qərbi avropa ölkələrinin hükumət sisteminin üstünlüklərinə inanır və bununla müqayisədə iran despotizmini hədsiz dərəcədə gerilik kimi qəbul edib və buna görə də iranda lazim dəyişiklərin tərəfdarı kimi çıxış edirdilər. Onlar özlərinin vəzifəsini bunda görürdülər ki, iran əhalisinə iranda müsbət dəyişiklərin mümkünlüyünü imkan daxilində izah etsinlər. Belə ziyalıların ölkənin daxilindəki müarifləndirmə fəaliyyətləri, xaricdə yaşayan və əksəriyyəti irani siyasi səbəblərdən tərk etmiş yazıçı və jurnalistlər tərəfindən müdafiə edilirdi (bu ziyalıların çoxu Mirza fetheli axundof, Mirza Abdulrehim talibov və Mirza Zeybnalabudin marağeinin fikirlərindən təsir alırdılar). Beləliklə bir dəstə jurnalist və yazıçı İstambulda əsasi 1875-ci ildə qoyulmuş “əxtər” jurnalının redaksıyasında çalışırdı. Qahirədə müarifləşdirmə işi, əsası 1898-ci ildə qoyulan “Sürəyya” və “Parvariş” qəzətləri ətrafında mərkəzləşmişdi. 1893-cu ildən Kəlkətədə çıxmağa başlayan “Hobbulmətin” qəzətənində yüksək səviyyəsi varidi. Xaricdə nəshr olan bu jurnalların arasında əsasi 1890-cu ildə iranin Londondaki keçmiş səfiri Mirza mulkumxan nazumuoldolə tərəfindən qoyulan “Qanun” jurnalının böyük əhəmiyyəti var idi.
Iri tacirlərin, yüksək din xasimlərinin və ziyalıların rəhbərliyi altında, sanatkarlar və xırda tacirlərdə məşrutə hərəkatında iştirak edirdilər. Xırda tacirlərin zülmkar rejimdən ilk narazılıqları 1891-ci ildə tütün imtiyazi ingilistana veriləndə özünü göstərmiş idi. Ingilistan tütün imtiyazını almaqla, iran tütünün ixracati və onun iranda satılması hüqauquna yeganə malik olduqda, xüsusilə tütün tacirləri özlərinin yaşayış və dolanaşıq vastəsindən məhrum olduqlarını başa düşdulər. Etiraz əlaməti olaraq, o vaxt bir çox tütün tacirləri öz dükanlarını bağladılar. Iranda gömrük tərəfindən də xırda tacirlər özlərini güclü təzyiq altında hiss edirdilər. Muzəfferidin şahın hakimiyyəti dövrə qədər, hər şəhrin özünün gömrük idarəsi var idi və malların istər daxildən, istərsə də xaricdən gətirilməsindən asılı olmayaraq, ondan gömrük haqqı alınırdı. Gömrük hüququ əksər hallarda valilər tərəfindən icarəyə götürülürdü və böyük nüfuza malik olan iri tacirlər öz mallarını gömrük haqqı vermədən daxil və xaric edə bilirdilər. Bununda nəticəsində gömrük vergisinin əsas ağırlığı xırda tacirlərin üzərinə düşürdü. 1901-ci ilə qədər iran və hər iki dövlət – ingilistan və rusiyə – arasında ticarət müqavilələri bağlandıqdan sonra, əcnəbi mallarına bundan sonra çox az və aşağı gömrük vergisi qoyulurdu. Nəticədə isə, xırda tacirlərin üzərinə əlavə ağır yük düşürdü. Çünkü, əcnəbi mallarına bundan sonra ancaq sərhəddə əlavə gömrük haqqı qoyulurdusa və bunun nəticəsində nisbətən ucuz idisə, xərda tacirlərin əsasən daxili bazarla bağlı malları, onların qiymətinə yol haqqqında əlavələri və sayirə xərclərin nəticəsində bahalaşırdı. Bütün bunlar xırda tacirlərin narazılığına səbəb oldu və onlarda məşrutə hərəkatına qoşuldu.
Eyn səbəbdən tacirlər kimi, sanatkarlarda məşrutəçilərə qoşuldu. Əcnəbi malların idxali nəticəsində, iranda xırda sanatkarlıq getdikcə tənəzzülə uğrayırdı. Sanatkarlıq 19-cu əsrin ikinci yarısında elə yüksək inkişaf nuxtəsinə çatmışdı ki, o nəinki öz ölkəsinin ehtiyaclarını ödə bilirdi, eyn zamanda hətta pambıq və mis məhsulları xaric edirdi. Indi isə, heç bir qoruyucu gömrük olmadan, varid edilən xarici mallar, iran sanatkarlarının əlindən nə inki xarici bazarı alırdı, bəlkə hətta onu öz ölkəsindəki bazardan da məhrum edirdi.
Xırda şəhər tacirləri və sanatkarları ilə yanaşı, böyük bir hissəsi işsizlərdən, misal üçün şəhərlərə gəlmiş kendlilərdən ibarət olan aşağı şəhər təbəqələri də məşrutə inqilabına qoşuldular. Onların yoxsulluğu, elə son həddə çatmış idi ki, aclığın aradan qaldırılması bu təbəqə üçün çox vaxt məşrutə inqilabında iştirak etmələri üçün yeqanə səbəb idi. Bu təbəqənin iqtisadi vəziyyəti haqqında demək olar ki : “siyasi hakimiyyət əllərində olan nazirlər, valilər və başqaları, iri mülkədarlarla birləşərək, şəhər alıçıları istismar edən həyasız alverçilərə çevrildilər. Onlar sendikalar yaradıb, hübubatın qiymətini qaldırıb və bu yolla süni aclıq yaradırdılar….. Xalq kötlələri bu tikrarlanan aclıqlardan və gözə çarpan bahalıqdan dözülməz azab çəkirdilər….. Digər tərəfdən isə, bu aclıqların təşkilatçıları öz torpaq-mülk sahələrini bəzən bütöv kəndləri ələ keçirərək, artırırdılar. Iranda torpağın müəyyən şəxslərin əlində toplanmasına, sadəcə misal olaraq, indi xaricdə yaşayan, isfahanın o vaxtki baş valisi Zillsultanı göstərmək olar. Təkcə onun 1200 kəndi var. Feodal ağaların zülmünün, xüsusilə son illərdə nə dərəcə də dəhşətli olduğunu bu illərin sosyal tarixi aydın göstərir. Doğrudan da bu tarixi yoxsulluq və aclıq tarixi adlandırmaq olar. Səbr kasası dolmuşdu, xalq instinktiv olaraq, öz adət-ənənələrinin zəncirini qırdı, iri mülkədarlara qəzəbli hücuma keçdilər, onların mülklərini, anbarlarını talan etdilər. Igirminci əsrin başlanğında feodal ağaların zülmü dözülməz olduqca, çörək harayı ilə imperiyanın hər yerində xalq üsyanları başlandı” (24)
Inamla demək olar ki, əhalının böyük hissəsi mütləqiyyətdən narazı idi. Hələ 1891-ci ildə tütün imtiyazı ingilislərə veriləndə, şahla əhalı arasında ciddi ziddiyyətlər başlamışdı. 1892-ci ildə 20.000-ə yaxın adam tehranda hükümət binasına hücum etdi. Bu hücum zamanı ordu dəstələri tərəfindən bir çox adam güllələndi. Güney azərbazcanın paytaxtı təbriz şəhrində vilayətxanaya hücum edildi. Isfahanda yerli əhalı şəhərdə əcnəbilərin olmasına qarşı etiraz etdi. Ümumi qiyamın təhlükəsi getdikcə artırdı. 1896-ci ildə Naserəddin şah bir sui-qəsd nəticəsində öldürüldü (25).
Ziyalılar müarifləndirmə işini genişləndirib və bunun nəticəsində, xüsusilə böyük şəhərlərin əhalısının zülmkar rejimə qarşı tənqidi mövqe tutmalarına nail oldular.
1905-ci ildə Yaponyada konstitusiya monarşının inkişafı, əhalı arasında qəti addım atmağa təhrik edən son təkan oldu. Belə bir hükumət forması tətbiq edildən sonra, yaponyanın iqtisadi, ictimai, mənəvi və hərbi sahələrdə necə inkişaf etdiyini görməmək mümkün deyildi. Hindustanda nəşr edilən fars qəzəti “Hobulmətin” xüsusilə və digər qəzet və jurnallar yaponyanın inkişafi haqqında ətraflı yazırdılar. Misal üçün həmin ölkədə çap olmuş “əz ensan be suyə xoda” (insandan allaha doğru) adlı kitabında din xadimi Məlukul mütəkəllim belə yazırdı :
“əsrlər boyu naməlum, hər hansı bir qərb təməddunundən uzaq, cahalat içərisində yaşayan yaponya xalqı, indi inkişaf etmiş xalqlar arasında özünə yer tutmuşdur. Bu, yaponyada demokrasının həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Xalq öz taleyinin həllində iştirak edir, bacarıqlı adamlar dövlət xidmətinə təyin edilir, tələbələr təhsil almaq üçün başqa ölkələrə göndərilir. Bu dərin tədbirlər yaponya əhalısına yeni mədəniyyət mənimsəməyə imkan verdi, baxmayaraq ki, digər Asiya ölkələri buna nail ola bilmədilər. Hər şeyi kökdən dəyişən belə bir inkişaf aydın bir ulduz olduğunu və bütün Asiya ölkələrinə işiq saçmalı və onları yaponyanın yolunu tutmağa təhrik etməli idi”(26) . Yaponyanın inkişafının iran hadisələrində təsiri, onun rusya üzərində qələbə çalmasıyla daha güclənirdi. Burada belə qələmə verilirdi ki, yeni idarə forması, yaponyanın özündən hətta qat-qat güclü rusiya kimi avropalı rəqibinin üzərində qələbə çalmasını mümkün etdi. Bu hadisə bəzi iranlılara ümid verirdi ki, onlarda öz növbəsində əhatəli siyasi reformlardan sonra rusiyanın güclü təsirindən azad ola bilərlər.
Ölkənin hər yerində gizli yığıncalar tərtib edilib və bu iclaslarda son hadisələrə istinad edilirdi. Iran mütləqiyyəti bütün bədbəxtliklərin yeqanə kökü kimi qəbul edilirdi. ən ümdə vəzifə mütləqiyyətdən və davam etməkdə olan əcnəbi təzyiqindən azad olmaq hesab edilirdi. Məşrutə inqilabının aparıcı qüvvələri, parlamentin yaradılması və əsas qanunun qəbul edilməsi tələblərini getdikcə daha aydın formalaşdırırdılar.
Şah artıq vəziyyətin ağası deyildi və nəhayət güzəştə getmək məcburiyyətində qalıb, 1906-ci ilin 5 Avqustunda (13 Murdad 1324 qəməri) parlament yaradılmasına razılıq verdi.
*Bu silsilə məqalələr keçmişdə Ərəb-Fars əlifbasında yayılıb. Bu əlifbanı bilməyən soydaşların istəyini nəzərdə alaraq, məqalələr latin əlifbasına keçirilib.
22- Bager mömeni …. S. 58-59
23- Hossein, Zia; Die Rolle der Religion bei der Entstehung und Entwicklung des Parlamentarismus im Iran; Diss. 1970 Heidelberg
24- Tschlinkirian, Archiv…. S. 205
25- Nasseri, Ursachen, Verlauf und Folgen der persischen Revolution des Jahres 1906; Diss. Würzbug 1957. S. 34
26-Nasseri…. S. 22-28
Gələcək bölümdə, “məşrutə inqilabının başlanğıcı və gedişi” və həmçinin “məşrutə inqilabı haqqında ümumi anlayış” veriləcək.

 

Erstelle deine eigene Website mit Webador