İranda Parlamentar sistemin məsələləri

inqilablar sayı, sonsuzdur!

İranda Parlamentar sistemin məsələləri (10)*                                     A.Yazdani

A-    1979-cü ildə ən mühüm müxalift qruplaşmaların iranın gələcək siyasi sistemi haqqında fikirləri

B-    Azadlıq baharı

C-    Vilayəte fəqih sistemi və mədəni (civil) cəmiyyət!

  

 Dini müxalifət

Dini müxalifət ancaq din xadimləri təbəqəsindən ibarət olmurdu. Bu qrupun içində Bəni Sədr, Mohəndis Mehdi Bazorqan və Kərim Səncabi kimi qeyri-müəmməm dinçi siyasət xadimləri və xalq mocahidləri (Mocahidin xalq) kimi siyasi-dini təşkilatlar daxil idi. Şəriət təlimatının həyata keçirilməsi üsulu və Vilayeti fəqih haqqında mövcud olan ixtilaflara baxmayaraq, dini müxalifətin ortaq isteyi iranda islam dininə əsaslanan siyasi sistemin təşkil edilməsi idi. Dini müxalifətin rəhbəri Ayetullah Xümeyni İranın ən nüfuzlu siyasət xadimi olmuşdur. Onun 1979- cü ildə elan etdiyi proqramını, “Dini müxalifətin” platforması kimi nəzərdən keçirmək olar. Xümeyni proqramında “İslam Respublikası” sistemin yaradılmasını tələb edirdi. Bu ad altında qərb nümunəsinə əsaslanan demokratiyanın başa düşülməsi sualı cavabsız qalırdı. Islam respublikası yaratmaq üçün ancaq adları çəkilməyən müsəlmanlardan ibarət “inqilab şurası” müvəqqəti hökümətin hakimiyyəti ələ almaq üçün hazırlığı və şərayiti yoxlamalı idi. Xumeyninin fikrincə şah tərəfindən təyin olunmuş sekular Bəxtiyar hökümətinin heç bir hüququ əsası yox idi, çünkü o : “xalqın idarəsinə qarşı hərəkət edir. Yeni təşkil edilmişdə olan hökümət, xalq tərəfindən müəyyənləşdirilmiş, konstitusiya təsisi hüququna malik bir yığıncaq çağırılmalı və bu yığıncaq islam respublikasının yeni konstitusiyasını qəbul etməlidir.Yeni parlamentə seçgilərdə xalqın marağı uğrunda hərəkət edən və parlamentdə islam qarşısında məsuliyyətini tanıyan bütün partiyalar iştirak edə bilərlər. Dövlət başçısı bütün xalq tərəfindən seçilən president olmalıdır”. (25) . Bu vəzifəyə namizədi xumeyni özü elan etmək istəyirdi. O, özü namizədliyini irəli sürmür və baş nazir olmaq da istəmirdi. Xumeyni özü üçün hökümətin səhvlərini düzəldə bilən bir “Rəhbər” (Vəlie fəqih/– şəriət aliminin hakimiyyəti) və yaxud “Ustad” rolu fikirləşirdi. (26) Iqtisadi siyasət sahəsində xumeyninin fikrincə, neft istehsalından əldə edilən gəlir iqtisadi planların və inkişaf projektlərinin maliyyələşdirilməsinə sərf edilməlidir. Bundan sonra milli, xarici ölkələrdən asılı olmayan sənayesinin inkişafı sürətləndirilməlidir. (27)  Dini müxalifətin tanınmış başqa nümayəndələri Ayetullah Şəriyətmədarı, Ayetullah Taleqani,  Ayetullah Montəziri və Ayetullah Nuri idi. Şəriyətmədarı xüsusu ilə iran Türkləti tərəfindən dini rəhbər kimi tanılırdı. O, Vilayeti fəqih əslinin əsası ilə razı idi. Ancaq fəqihin mütləq səlahiyyeti barəsində Xumeyni ilə ziddiyyətdə idi. Şəriyətmədarı Vilayeti Fəqih haqqında  “Bamdad” qəzətəsilə müsahibsinde deyir : “Referandum ve Xubrəqan meclisinə seçgilər göstərdi ki, hakimiyyət və güc kökü xalqındır… hakimiyyət etmək millətin haqqıdır, islamda Vilayəti fəqih məsələsi vardır. Lakin, söhbət onun hüdudundan gedir, yəni bu ki, Fəqihin nə qədər vilayəti (hakimiyyəti/yazdani) var… Şəriət səlahiyyətçisi olmayan işlərin vilayəti, Fəqih ilə dir. Həmçinin parlamentdə qəbul olan qanunların, dövlət və ona tabe olan idarələrin fərmanlarının kontrolu və onların islamin müqəddəs şəriətilə uyğun olduqlarının qorunması, Fəqihin qəti haqqıdır…”. (28)* Şəriyətmədarı Güney Azərbaycanın muxtariyyət statusu ilə müxalifət edib, ancaq “əyalət və vilayət əncümənləri”nin təşkil edilməsin tələb edirdi. Bu istək “inqilab şurası”nın əksər üzvüləri tərəfindən kesinliklə rədd olurudu. Bu haqda, “islam respublikası” sistemin qurucularından olan Ayətullah Montəzirinin yazdığı xatirələrində deyilir: “…yadımdadır ki, bir gecə inqilab şurasında Azərbaycandan söz açıldı. Mərhum mohəndis Bazorqan dedi          ” nəhayət,Azərbaycan aqaye Şəriyətmədarının vilayətidir (ustanıdır). Bu vilayətin valisi və onun başqa işləri ağaye Şəriyətmədarının nəzarəti altında olmalıdır. Əslində bu ağanın Azərbaycan haqqında fikir söyləməyə haqqi var”. Mən dedim: “bu nə sözdür siz deyirsiniz! Məgər biz məmləkəti tikə-tikə edib, burada federal bir ölkə düzəltmək istəyirik. Belə olursa, onda Kürdüstanı İzzəddin Hüsəyninin ixtiyarında, Sistan və Bəluçustanı da Moləvi Abduləzizin ixtiyarında qoyaq. Nəhayət iran ölkəsi vahid bir ölkədir və vahid bir siyasəti vardir, bu söz mənasız bir sözdür ki, biz bu və yaxud başqa vilayəti bu kəsin və ya başqa bir kəsin ixtiyarında qoyaq”. Sonunda bu planla müxalifət oldu.” (bax: Ayətullah Montəzirinin xatirələri, ittihade naşirane irani dər urupa, deymah 1379, S. 250-251)